Zaur Əliyevə yüksək vəzifə verildi - Sərəncam

  • 2026.04.07 20:02
  • 444 Baxış
Zaur Əliyevə yüksək vəzifə verildi -  Sərəncam

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.

Medicina.az bakupost-a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.



Zaur Əliyevə yüksək vəzifə verildi -  Sərəncam