Bakıda qadının süd vəzisi dəhşətli hala düşüb.
Medicina.az xəbər verir ki, bu barədə mammoloq-onkoloq Pərvin Ələkbərova həssas görüntülər paylaşıb:
"Qarşımızda olan hal gecikmiş müraciətin nəticəsidir. Pasiyent süd vəzisində törəməni 13 il əvvəl aşkar edib, lakin müxtəlif səbəblərlə müayinəyə müraciət etməyib. Bu müddət ərzində törəmə nəzarətsiz şəkildə böyüyərək əməliyyat zamanı təxminən 6 kq çəkidə kütlə şəklinə çatıb.
Bu artıq yalnız onkoloji deyil, eyni zamanda yüksək riskli və texniki cəhətdən mürəkkəb cərrahi vəziyyətdir.
Belə hallarda cərrahi müdaxilə:
• ciddi texniki çətinlik yaradır • qanaxma və ağırlaşma riskini artırır • rekonstruksiya imkanlarını məhdudlaşdırır • estetik və funksional nəticələri çətinləşdirir.
Yəni gecikmə təkcə xəstəliyi böyütmür. Müalicəni də daha riskli və çətin edir. Unutmayın: Süd vəzisində hər hansı dəyişiklik siqnaldır. Erkən müraciət daha sadə, daha təhlükəsiz müalicə deməkdir".
Aygün
Medicina.az