11-ci sinif şagirdi intihar etdi - Az bal yığdığına görə

  • 2021.05.07 18:38
  • 1639 Baxış
11-ci sinif şagirdi intihar etdi -  Az bal yığdığına görə
Ağdam rayonunun Orta Qərvənd kəndində intihar hadisəsi qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Şəfayət Elmin oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, 11-ci sinif şagirdinin intiharına buraxılış imtahanından az bal yığması səbəb olub.