15 yaşlı uşaq 12 saat kompüterdə oynadı – Beyni şişdi

  • 2023.05.25 17:51
  • 3578 Baxış
15 yaşlı uşaq 12 saat kompüterdə oynadı  – Beyni şişdi
Rusiya vilayətlərinin birində 15 yaşlı yeniyetmə saatlarla komputer arxasında oturduqdan sonra xəstəxanalıq olub.


“Medicina” xəbər verir ki, oğlan 12 saat kompüterdə oynadıqdan sonra beyin ödemi əmələ gəlib.


Məktəbli valideynlərinə dostunun yanında gecələyəcəyini deyib və onunla kompüter oyunları oynamağa başlayıb.

Yeniyetmələr bütün gecəni evdə keçirib, onlardan birində qəfil problemlər başlayıb, əvvəlcə nitqi pozulub, sonra qıcolmalar başlayıb. Yeniyetmə xəstəxanaya çatdırılıb və onda beynin ödemi diaqnoz olunub.

Bu onu göstərir ki, xroniki problemlərlə birgə komputer qarşısında keçirilən vaxt insanı ölümə sürükləyə bilər.

Kompüter asılılığı çox vaxt bir sıra somatik problemlərlə müşayiət olunur. Hipodinamiyadan əzələlər zəifləyir, duruş pisləşir və skoliyoz inkişaf edir.

Oyuna həvəsli olan uşaqlar tez-tez aclıq və yuxusuzluq hiss etmirlər. Nəticədə orqanizm bərpa olunmayacaq həddə çatır.

Aynurə Məmmədova