24 yaşlı gənc qazdan zəhərləndi: vəziyyəti ağırdır

  • 2021.11.29 08:54
  • 788 Baxış
24 yaşlı gənc qazdan zəhərləndi:  vəziyyəti ağırdır
Gəncədə qadın zəhərlənib.

Medicina.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən yaşayış evlərin birində qeydə alınıb.

1997-ci il təvəllüdlü Aydan Quliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, xəstəyə lazımi tibbi yardım göstərilib.

Qadının vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 24 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.