30 dekabrda ölkədə yoluxanlar

  • 2022.12.30 17:05
  • 873 Baxış
30 dekabrda ölkədə yoluxanlar



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 808 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 495 nəfərdir.

Ölkədə son sutka ərzində 1 384, hazırkı dövrədək isə 7 428 980 test aparılıb.