40 yaşından sonra vacib analizlər - İldə neçə dəfə verilməlidir?

  • 2023.11.20 16:50
  • 2061 Baxış
40 yaşından sonra vacib analizlər   - İldə neçə dəfə verilməlidir?

Bəzi xəstəliklərin illərlə gizli keçdiyini və 40 yaşdan sonra aktivləşdiyini nəzərə alsaq, profilaktik tədbirlər və skrininqlər ildə 1 dəfə keçirilməlidir.


"Medicina" həyati vacib analizləri təqdim edir:

40 yaşından sonra qanın klinik analizi ildə 1-2 dəfə, diabet riskini bilmək üçün isə qanda aclıq şəkər səviyyəsi və qlikohemoqlobin analizi - ildə bir dəfə verilməlidir.

Bundan başqa, QİÇS, VİÇ, hepatit analizləri - 18 yaşdan yuxarı hər kəs ildə bir dəfə yoxlanmalıdır.

Lipid profilli analiz - triqliseridlər, xolesterin, LDH analizi - bütün sağlam və ya qeyri-sağlam kişi və qadınlara ildə 2 dəfə,


Ürəyin EKQ-si 35 yaşdan sonra ildə 1 dəfə, ağciyərlərin flüoqrafiyası - 2 ildə bir dəfə

Dəridəki iri xallar, papiloma, ət xalların dermoskopiyası - 40 yaşdan sonra hər il

Gözdaxili, gözdibi təzyiq - 40 yaşdan yuxarı ildə 1 dəfə

Qarın boşluğu bütün orqanların USM müayinəsi - ildə bir dəfə


Bütün siqaret çəkənlər ağciyərlərin tomoqrafiyası KT - 2 ildə bir dəfə, 45 yaşdan yuxarı bütün kişilər prostat xərçənginə qarşı PSA analizi - ildə 1 dəfə, 35 yaşdan yuxarı bütün qadınlar ildə bir dəfə süd vəzilərin müayinəsi, PAP test yaxma analizi verməlidir.

Aygün Musayeva