40 yaşlı kişinin qulağından canlı kəpənək çıxarıldı- FOTO

  • 2026.07.14 16:34
  • 331 Baxış
40 yaşlı kişinin qulağından canlı kəpənək çıxarıldı - FOTO

İstanbulda qeyri-adi hadisə baş verib. Küçükçekmece rayonunda yaşayan 40 yaşlı kişi qulağında hərəkət edən bir şey hiss etdikdən sonra tibbi mərkəzə müraciət edib.

Medicina.az Türkiyə mediasına istinadla xəbər verir ki, müayinə zamanı həkimlər xəstənin qulaq kanalında canlı kəpənək aşkarlayıb.

Həşərat xüsusi alətlə çıxarılıb və daha sonra təbiətə buraxılıb.



Qulaq-burun-boğaz mütəxəssisi bildirib ki, belə hallar çox nadir görülür. Onun sözlərinə görə, qulağa düşən həşərat hərəkət etdikdə narahatlıq və qəribə hiss yarada bilər, lakin vaxtında müdaxilə edildikdə ciddi fəsadlara səbəb olmur.

Xanım,
Medicina.az