6 çarpaz qaraciyər transplantasiyası baş tutdu - Tibdə ilk

  • 2024.01.29 14:51
  • 703 Baxış
6 çarpaz qaraciyər transplantasiyası baş tutdu  - Tibdə ilk
Türkiyədə və dünyada ilk dəfə 6 çarpaz qaraciyər nəqli baş tutub.

"Medicina" xəbər verir ki, nazir Fahrettin Kova unikal əməliyyatın Malatya Orqan nəqli institutunda baş verdiyini açıqlayıb.


Əvvəllər də bu mərkəzdə 4 və 5 çarpaz qaraciyər transplantasiyasının edildiyini bildirib:


“Çapraz transplantasiya əməliyyatları o deməkdir ki, xəstələr donorları olsa da, qan və toxuma uyğunsuzluğu səbəbindən öz donorlarından orqan ala bilmirlər. Eyni vəziyyətdə olan xəstələrin birinin donorundan digərinin alıcısına transplantasiya edildi. Yəni bir əməliyyatda 3 nəfər orqanına qovuşur, 3 insandan orqan alınıb".


Qaraciyər Nəqli İnstitutunun professoru Dr. O, Sezai Yılmaz dünyanın bir çox ölkəsində ikili çarpaz transplantasiya əməliyyatlarının edildiyini, lakin bunun qaraciyər transplantasiyası gözləyən xəstələrə çox da böyük töhfə vermədiyini və çoxlu çapraz qaraciyər nəqli ilə müvəffəqiyyət əldə edildiyini bildirib.


“Dünən ilk dəfə olaraq 6-çapraz qaraciyər transplantasiyası reallaşdırıldı. Səhər saat 08.00-da başlayıb, axşam saat 20.00 radələrində bitdi . Ümid edirəm ki, bu modeldünyada qaraciyər transplantasiyası gözləyən xəstələrə ümid olar. Çapraz qaraciyər nəqlinin mərkəzi Malatya Universiteti olacaq".


Aygün Musayeva