6 ölkədə su samurları koronavirusa yoluxdu

  • 2020.11.08 02:19
  • 178696 Baxış
6 ölkədə su samurları koronavirusa yoluxdu
Danimarka daxil olmaqla daha beş ölkədə su samurlarının COVID-19 virusuna yoluxma halı üzə çıxıb.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.


"Bu günə qədər altı ölkədə - Danimarka, Niderland, İspaniya, İsveç, İtaliya və Amerika Birləşmiş Ştatlarında yerləşən su samuru fermalarında SARS-CoV-2 virusu aşkarlanıb. İnsanlar əsasən koronavirusa sıx təmas yolu ilə yoluxurlar, bununla yanaşı insanlardan heyvanlara virusun keçməsi nümunələri də var. SARS-CoV-2 infeksiyası halları itlər, ev pişikləri, aslanlar və pələnglərdə aparılan sınaqlar zamanı müəyyən edilib", -deyə məlumatda qeyd olunub.