7 aydan sonra ən aşağı ölüm sayı qeydə alındı - Koronadan

  • 2021.04.19 23:47
  • 1328 Baxış
7 aydan sonra ən aşağı ölüm sayı qeydə alındı -  Koronadan
Böyük Britaniyada son sutka ərzində 2 963 nəfər koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Qeyd olunub ki, bununla da koranavirusa yoluxanların ümumi sayı 4 390 783 nəfərə çatıb.

Son sutka ərzində 4 nəfər koronavirusdan həyatını itirib. Bu göstərici ötən ilin sentyabrdan etibarən koronavirusa görə qeydə alınan ən aşağı ölüm sayıdır. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 274 nəfərə çatıb.