83 yaşlı Berluskoni koronavirusdan sağaldı

  • 2020.09.14 17:33
  • 1775 Baxış
83 yaşlı Berluskoni koronavirusdan sağaldı

İtaliyanın eks baş naziri Berluskoni müalicə aldığı xəstəxanadan buraxılıb. O, 2 həftə idi ki, koronavirusdan müalicə alırdı.


Medicina.az xəbər verir ki, 83 yaşlı Berluskoni koronavirusu həyatının ən təhlükəli sınağı adlandırıb.


“Mənə dedilər ki, mənim virus yüküm San Raffaello xəstəxanasında müalicə alan xəstələrin hamısından yüksək və ağır idi. İlk günlər çox çətin idi. Sonradan ikitərəfli pnevmoniyadan sağalma dövrünə keçdikdə həkimlər bir qədər rahat oldular” – deyə eks nazir bildirib.