96 yaşlı Stalinqrad döyüşcüsü koronavirusa qalib gəldi

  • 2020.10.23 16:36
  • 1564 Baxış
96 yaşlı Stalinqrad döyüşcüsü koronavirusa qalib gəldi


II Dünya müharibəsi veteranı 96 yaşlı Yevgeniy Roqov koronavirusdan da sağ çıxmağı bacarıb.

Medicina.az xəbər verir ki, ahılın onun həyatını xilas edən həkimlər müraciəti çoxlarını kövrəldib.

“16 yaşımdan müharibənin od – alovunda ölümlə üz-üzə gəldim. Məni sağaldıb, sağlamlar cərgəsinə qaytardınız. Sizin bu igidliyinizə görə minnətdaram”.

Veteranın qızı da atası ilə birgə yoluxmuşdu, amma onun vəziyyəti təəssüf ki, daha ağır idi. Amma o da sağalmağa nail oldu.