ABŞ-dan yeni virus xəbərdarlığı - Marallardan keçir

  • 2021.12.28 14:57
  • 2599 Baxış
ABŞ-dan yeni virus xəbərdarlığı -  Marallardan keçir
ABŞ-ın Ohayo ştatında çalışan elm adamları marallardan insanlara keçə bilən ən azı 3 fərqli virus variantını müəyyən ediblər.

Medicina.az xəbər verir ki, professor Endryu Bouman apardıqları araşdırmalarda maralların sağlamlıq üçün təhlükə yarada biləcəyini söyləyib. İddia olunub ki, bu canlılar SARS-CoV-2 daşıyıcısıdır.

6 fərqli bölgədə 360 canlını araşdıran mütəxəssislər 3 fərqli mutasiya aşkar edildiyini bildiriblər. “Nature” jurnalında dərc olunan və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən araşdırmada vəhşi marallarda antikorların tapıldığı da deyilib.


Mütəxəssislər tədqiqatın 2021-ci ilin yanvar-mart ayları arasında aparıldığını bildiriblər.

Endryu Bouman virusun marallarda mutasiya edə biləcəyini ifadə edərək mümkün risk barədə xəbərdarlıq edib