Ağdaşın Hapıtlı kənd sakini 46 yaşlı qadın vəfat edib.
Medicina.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
İlkin ehtimala görə, qadının hərarətdən öldüyü bildirilir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.