Ağızda şəkər xəstəliyini göstərən 7 əlamət

  • 2023.05.10 16:31
  • 1309 Baxış
Ağızda şəkər xəstəliyini göstərən  7 əlamət
Yüksək qan şəkəri tüpürcəkdə şəkərin artmasına səbəb olur ki, bu da ağız boşluğunun zədələnməsinə gətirib çıxarır.






“Medicina” xəbər verir ki, endokrinoloq Antonina Quriyevanın sözlərinə görə, yüksək qan şəkəri tüpürcəkdə də şəkər səviyyəsinin artmasına səbəb ola bilər ki, bu da dişlərə və diş ətlərinə zərər verə bilər.

Şəkərli diabetli insanlar tez-tez ağızda quruluğa (kserostomiya) səbəb ola biləcək dərmanlar qəbul edirlər.

Tüpürcək ifrazının azalması isə sağlamlığa zərər verə bilər.


Şəkərin dişlərə və diş ətinə təsirinin əlamətləri:


Diş ətləri qızarır, şişir və ya qanayır

Geri çəkilən diş ətləri

Diş ətləri dişlərdən aralanır

Dişlər arasındakı boşluqların genişlənməsi
Quru ağız

Dişlərinizi fırçaladığınız zaman keçməyən pis qoxu.

Dişlərinizi və diş ətlərinizi sağlam saxlamaq üçün:

Dişlərinizi gündə iki dəfə fırçalayın

Dişlər arasında təmizlik aparın

Dil təmizləyicisi məhlul istifadə edin

Daimi diş müayinələrindən keçin


Aynurə Məmmədova