Almaniyada meymunçiçəyinə yoluxanlar 3000-ə çatdı

  • 2022.08.03 14:44
  • 2147 Baxış
Almaniyada meymunçiçəyinə yoluxanlar   3000-ə çatdı


Almaniyada 2 724 meymunçiçəyinə yoluxma halı təsdiq olunub.

Virusa yoluxanların böyük əksəriyyətinin vəziyyəti ağır olmayıb.

Robert-Kox İnstitutunun verdiyi açıqlamaya görə, yoluxanlardan yalnız 5-i qadındır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı iyulun 23-də meymunçiçəyi epidemiyasını Beynəlxalq Fövqəladə Vəziyyət elan edib.