Almaniyada Omikrondan ilk ölüm qeydə alındı

  • 2021.12.24 14:18
  • 2118 Baxış
Almaniyada Omikrondan ilk ölüm  qeydə alındı
Almaniyada koronavirusun “Omikron” ştammından ilk ölüm halı qeydə alınıb.

Bu barədə Robert Kox İnstitutunun məlumatında qeyd edilir.

İnstitutun saytında dərc edilən məlumatda qeyd olunur ki, “Omikron”dan dünyasını dəyişən şəxs 60-79 yaş qrupuna aid olan xəstədir.

Digər təfərrüat açıqlanmayıb.