Almaniyada son sutkada rekord yoluxma

  • 12 Yan 2022 11:01
  • 235 Baxış
Almaniyada son sutkada  rekord yoluxma
Almaniyada son sutka ərzində koronavirusa 80 430 yeni yoluxma halı qeydə alınıb. Bu isə pandemiya dövrünün ən yüksək göstəricisidir.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə Robert Kox adına Virusologiya İnstitutunun məlumatlarında bildirilir.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 661 811 nəfərə çatıb. Son sutka ərzində virusa yoluxmuş 384 nəfər dünyasını dəyişib. Bu göstəricidə ümumi say 114 735 nəfər təşkil edir, 6,2 milyon insan isə xəstəlikdən sağalıb.

Statistikaya görə, 1946-cı ildən sonra ilk dəfə ölkədə illik ölüm göstəricisi 1 milyon nəfəri aşaraq, 1 016 899 nəfər təşkil edib.