Alzheimer riskini azaltmağa kömək edən pəhriz

  • 2026.08.05 16:31
  • 137 Baxış
Alzheimer riskini azaltmağa kömək edən pəhriz

Yeni araşdırmalar yaddaşın zəifləməsini ləngidə biləcək qidalanma modelini ortaya çıxarıb.

Medicina.az xəbər verir ki, Aralıq dənizi pəhrizi və ona yaxın olan MIND pəhrizi beyin sağlamlığını qorumaqda ən faydalı seçimlərdən biridir.

Tədqiqatlarda tərəvəz, meyvə, tam taxıllar, paxlalılar, zeytun yağı və balıqla zəngin qidalanmanın koqnitiv zəifləmə riskini azaltdığı müəyyən edilib. Eyni zamanda qırmızı ət, şəkərli və emal olunmuş məhsulların məhdudlaşdırılması tövsiyə olunur.

Alimlər bildirirlər ki, bu pəhrizlər beyində iltihabı azaltmağa, qan damarlarını qorumağa və yaddaş üçün vacib olan nahiyələrin fəaliyyətini dəstəkləməyə kömək edə bilər.

Xanım,
Medicina.az