Arıqlamaq üçün ən faydalı qida - Həm də ucuz

  • 2023.04.13 16:59
  • 1996 Baxış
Arıqlamaq üçün ən faydalı qida  -  Həm də ucuz
Bir çox pəhrizlər dadsız olması ilə insanı yorur..

“Medicina” xəbər verir ki, həkim - endekrinoloq Tatyana Serqeyeva ən faydalı pəhrizdən söhbət açıb. O, yumurtanı çəkini atmaq üçün ən gözəl pəhriz adlandırıb.

Müasir cəmiyyətdə belə bir fikir var ki, pəhrizdə nə qədər az yemək varsa, arıqlama prosesini daha da sürətləndirir.
Belə bir fikir sağlamlığa çox zərər verə bilər. Nəticə əks təsir, üstəlik, yeni xəstəliklər olacaq. Bu vəziyyətdə isə bədən çox qiymətli maddələr və vitaminlər almayacaq.

Bəs hansı qidalar maddələr mübadiləsini sürətləndirir?

Transformasiya prosesinin daha aktiv şəkildə davam etməsi üçün endokrinoloq pəhrizdə maddələr mübadiləsini sürətləndirən qidaları daxil etməyi məsləhət görür.

Məsələn, hind quşu əti və toyuqda olan yağsız protein artıq çəki ilə mübarizə aparmağa kömək edir. Toxluq hissini uzun müddət saxlayır və qanda şəkərin səviyyəsini normallaşdırır. Çoxlu lif ifraz edən lobya və mərcimək kimi bitki mənşəli zülallar da eyni xüsusiyyətlərə malikdir.

Ancaq bütün bunlara nəzərən, toyuq yumurtası metabolik prosesləri aktivləşdirməyin ən yaxşı yoludur, burada təkcə protein yox, həm də sink, kalsium, fosfor və kalium var.

Təzə və qaynadılmış tərəvəzləri, xüsusilə brokkoli, gül kələmini yemək arıqlamaq üçün faydalıdır. Bu məhsullar lif və vitaminlərlə zəngindir, buna görə də həzm problemlərini minimuma endirir.

Günay Quliyeva