Astenopatiya – yorğun gözlər sindromu - Əlamətləri

  • 2023.02.23 18:25
  • 2691 Baxış
Astenopatiya – yorğun gözlər sindromu   - Əlamətləri

Gözlər də bədənə əzələlər vasitəsilə birləşib, onlar gərginlikdən, hərəkətsizlikdən yorula bilər.
Göz əzələsi ilə problemlər astenopatiya adlanır.


“Medicina” bu xəstəliyin əlamətlərini təqdim edir.

Astenopatiya istənilən halda intensiv, uzun müddət, fasiləsiz göz, görmə yüklənməsindən yaranır.
Digər adı rəqəmsal gərginlik və ya yorğun gözlər sindromudur.

İstənilən yaşda, hətta uşaqlarda da rast gəlinir.

Statistikaya görə, 45% böyüklər, 25% şagirdlər işdən, dərsdən sonra astenopatiya hiss edir.
Daha çox ofis işində, yazı, hesablama işləri, kompüter və telefonla çalışanlarda görünür.

Eləcə də astiqmatizm, çəplik, quru göz, uzağı görmə, yaxından görmə problemləri olanlarda da yaranır.


Əlamətləri:


- Astenik göz bir müddətdən sonra mətnləri yaxşı görmür, oxuyub yadda saxlaya bilmir, uşaqlar tez-tez baş ağrısı, yorulma, diqqətsizlikdən şikayətlənir.

- Belə adamlar çox vaxt baş ağrısı, yorğunluq, gözdə, başda sıxılma ilə nevroloqa gedir, o da xəstəni göz həkiminə yönəldir.

- Gözlərdə qızarma, yaşlanma, quruluq müşahidə olunur
- Hətta astenopatiya boyun, kürəyə də ağrı verə bilir.

- Müəyyən saatdan sonra göz rəqəmlərə, mətnə, şəkilə fikri cəmləyə bilmir
- Eləcə də işığa baxanda qıcıqlanır

- Konturların aydın olımaması, göz önündə sanki işıqlanma, torlanma
- Qaş arası, göz üstündə ağrı, spazm verir

Aygün Musayeva