Autizm psixi xəstəlik deyil – Bu əlamətlərdən hiss edilir

  • 2023.04.11 21:46
  • 2457 Baxış
Autizm psixi xəstəlik deyil  – Bu əlamətlərdən hiss edilir
Autizm genetik bir xəstəlikdir. Ancaq həkimlər deyirlər ki, o ümumiyyətlə bir xəstəlik hesab edilmir. Bunun davranış diaqnozu olduğunu söyləmək daha düzgündür.

İnsanın sosial ünsiyyətdə, sensor məlumatların işlənməsində problemlər yaşadığı inkişaf pozğunluğuğundan irəli gəlir.

Təbii ki, autizmli insanların psixi xəstəliyi olanlarla - şizofreniya, bipolyar affektiv pozğunluqlarla heç bir ortaq cəhəti yoxdur. Bu fikirləri keçmişdə buraxmağın vaxtıdır. Nevroloqlar autizmlə, psixiatrlar isə psixiatriya ilə işləyir.

“Medicina” xəbər verir ki, autizmli insanların spesifik xüsusiyyətləri ilə müəyyən edilə bilən xüsusi davranışları var.

Məsələn, həm böyüklər, həm də uşaqlar həmişə təkliyi cəmiyyətdən üstün tutacaq, göz təmasından qaçmağa çalışacaq, onların dünyagörüşünə uyğun gəlməyən ən adi şeylərə belə həddən artıq emosiyaya qapılacaqlar.

Onların sevimli geyimi, gödəkçəsi və oyuncağı ola bilər. Əşyalara münasibətin adi bir sevgi olmadığını bilmək üçün bu əlamətlərə diqqət:

1. İnsan təsəlli üçün bir şeyə üz tutur: əsəbiləşəndə, qorxanda, narahat olanda onu qucaqlayır, taxır. Yəni əşyanın “təsəlliverici təsiri” var.

2. Bir insanın yeni şeylər geyinməsi çətindir. Ona yeni geyim geyindirmək dözülməz olur.

3. Ona olduqca narahat və qorxulu görünən bəzi şeyləri qəbul etmir. Autizmli insan corabları sevməyə bilər, çünki "ayaqları sıxır", buna görə ayaqyalın gəzirlər. Ya da sarı sviterləri və ya yundan hazırlanmış papaqları qəbul etmir. Bəzi geyimlər onları qorxudur.

Autizmli insanlar müxtəlif xarici stimullara həm yüksək həssaslıqdan (həddindən artıq reaksiya), həm də az həssaslıqdan (az reaksiya) əziyyət çəkə bilərlər.

Bəs uşaqlarda autizm simptomlarını necə görmək olar?

• ayağının ucunda qaçır, yerində fırlanır;
• oyuncaqlar və müxtəlif əşyaların sıralarını, qanadlarını düzəldir;
• durduğu yerdə xırıltılı səslər çıxarır;

• gözünün qarşısında bir cismi silkələyir. Bu, ümumi bir autistik vərdişdir (təkrarlanan hərəkətə "avtostimulyasiya", "stimming" deyilir). Əgər adi insanlar bəzən dırnaqlarını yeyərsə, burnunu qurdalarsa, saçlarını barmaqlarına bükürlərsə, autizmli insanlar bunu demək olar ki, hər zaman edir;

• zəngə, təbəssümə cavab vermir (cavabında gülümsəmir). "Filankəs, bax!" çağıranda uşaq başını çevirmir, reaksiya vermir, sanki eşitmir.

Günay Quluzadə