Avstriyanın XİN başçısı koronavirusa yoluxdu

  • 2020.10.17 12:49
  • 2951 Baxış
Avstriyanın XİN başçısı koronavirusa yoluxdu

Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq koronavirusa yoluxub, evdə özünü təcrid edib, hələlik xəstəliyin simptomları yoxdur.

Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir onunla kontaktda olan şəxslərin də koronavirus testindən keçəcəklərini bildirib.

Qeyd olunur ki, nazir oktyabrın 14-də Nazirlər Şurasının iclasında, həmçinin Avstriya Milli Şurasının plenar iclasında iştirak edib.

Şallenberqin bazar ertəsi Lüksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə yoluxa biləcəyi şübhəsi var. Ehtiyat tədbiri olaraq, bu gün Avstriya hökumətinin bütün üzvləri COVID-19 testindən keçəcək.