1 həftədə 3 kiloqram arıqladan çay RESEPTİ

  • 2024.05.22 13:33
  • 945 Baxış
1 həftədə 3 kiloqram arıqladan çay RESEPTİ
Sağlam arıqlamaq üçün istifadə olunan üsullardan biri də müxtəlif içkilərdən, əsasən də çaylardan istifadə etməkdir. Xüsusilə yaşıl çayın arıqlatdığını və detoksifikasiya xüsusiyyətinin olduğunu hamı bilir.

Ancaq yaşıl çayı tək içmək qısa müddətdə effekt verməyə bilər.

Medicina.az 1 həftədə 3 kiloqram arıqladan xüsusi çay reseptini təqdim edir:

Tərkibi:

- 1 çay qaşığı yaşıl çay
- 1 çay qaşığı rozmarin
- Yarım limon
- 1 çay qaşığı darçın
- 750 ml isti su

Hazırlanması:

85 dərəcə qaynadılmış suya reseptdəki inqrediyentləri əlavə edin. 10 dəqiqə sonra çayınız hazır olacaq.

Bu çayı səhər yeməyindən əvvəl və ya sonra içə bilərsiniz. Gündə 2 stəkan içmək kifayətdir.



Aysel