150 ml araqla bir şiş kabab – Bu xəstəliyə səbəb olur

  • 2024.05.06 18:00
  • 1056 Baxış
150 ml araqla bir şiş kabab  – Bu xəstəliyə səbəb olur
Kömürdə qızardılmış yeməklə alkoqol sağlamlıqda ciddi problemlərə yol açır.


“Medicina” xəbər verir ki, qastoenteroloq Nataliya Panina etanol mədəaltı vəz pankreatiti, sonra da xərçəng yaratdığını deyib.


“Kəskin pankreatit hətta 80 qram təmiz etanoldan da inkişaf edə bilər.

Bu 150 ml araq, 1 litr pivə deməkdir. Nə qədər doza yüksəkdirsə, xəstəlik riski bir o qədər çoxdur.


Spirtli içki mədə və mədəaltı vəzin qan dövranını pozur, nəticədə sfinkteri spazmlaşdırır, bu zaman öd kisəsindən sintez olunan fermentlər azalır.


Yüksək konsentrasiyada fermentin toplanması və onların çıxış yolu tapmaması səbəbindən mədəaltı vəzin hüceyrələri ölür. Hətta bu proses daim olarsa, nekroz, vəzin çürüməsi baş verə bilər.


Xüsusən qazlı alkoqollar təhlükəli hesab edilir: şampan, pivə, qarışıq içkilər, şirin çaxır.


Pankreatitin simptomları:

- Sol qabırğaaltında ağrı
- Kürəyə yayılan bıçaq kəsirmiş kimi ağrı
- Ürəkbulanma

- İştahsızlıq, arıqlama
- Qarında şişkinlik
- Yorğunluq, zəiflik
- Depressiya
- İshal

İçki içənlər mədəaltı vəzi ildə 2 dəfə yoxlatmalıdır”.

Aygün Musayeva