26 həftəlik doğulan körpə 1 aydan sonra evə buraxıldı

  • 2024.05.13 15:22
  • 572 Baxış
26 həftəlik doğulan körpə 1 aydan sonra   evə buraxıldı

Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin uğurlu komanda işi sayəsində növbəti ailə riskli hamiləlik sonrası övladına qovuşub.

"Medicina" xəbər verir ki, 4 il sonsuzluqdan əziyyət çəkən, 24-cü həftəsində dölyanı mayenin vaxtından əvvəl axması və uşaqlıq boynu çatışmazlığı (istmiko-servikal) diaqnozu ilə Yeni Klinikanın Mama-ginekologiya şöbəsinə daxil olan pasiyentin müalicəsinə başlanılıb.

26-cı həftəsində təcili qeysəriyyə əməliyyatına alınan xəstənin əməliyyatı tibb üzrə fəlsəfə doktoru Dr. Ahdab Ali Azim və komandası tərəfindən icra edilib.

Çəkisi 980 qr, boyu 37 sm olan körpənin Neonatologiya şöbəsində 1 ay 27 günlük müalicəsinə başlanılıb. Neonatologiya şöbəsinin müdiri, uzman həkim Əkbər Quliyev və komandasının düzgün müalicə metodları, diqqət və qayğısı sayəsində körpə sağlamlığına qovuşaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Yeni Klinikanın Mama-Ginekologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təbii doğuş və qeysəriyyə əməliyyatları həyata keçirilir.

Azərbaycan Respublikasının hər bir vətəndaşı Yeni Klinikaya müraciət edərək, Xidmətlər Zərfi daxilində göstərilən tibbi xidmətlərdən tam təmənnasız yararlana bilərlər.