Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

63 yaşlı qadın dərmandan zəhərlənib öldü

  • 2024.12.20 11:20
  • 824 Baxış
63 yaşlı qadın dərmandan zəhərlənib öldü
Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.

Medicina.az xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Əkbərova Minəxanım Hacı qızı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.

Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.

M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.