Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

75 nəfər hamburgerdən xəstələndi - 1 nəfər öldü

  • 2024.10.28 15:01
  • 712 Baxış
75 nəfər hamburgerdən xəstələndi  - 1 nəfər öldü

ABŞ-da hamburgerdən yayılan epidemiya 13 ştata çatıb.

"Medicina" xəbər verir ki, McDonald's fast food şəbəkəsinin "Quarter Pounder" hamburgerlərində aşkar edilən Escherichia coli (E.coli) bakteriyası 13 ştata yayılıb.

E.Coli bakteriyasından 1 nəfər ölüb, xəstələnənlərin sayı 75-ə çatıb.
ABŞ Qida və Dərman İdarəsi (FDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, E.Coli bakteriyasına görə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 22-yə yüksəlib.


ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən açıqlamaya görə, bakteriyaların 13 ştatda aşkar edildiyi bildirilib: Kolorado, Kanzas, Yuta, Vayominq, Ayova, Missuri, Montana, Nebraska, Nyu Meksiko, Oreqon, Viskonsin. , Vaşinqton və Miçiqan.

Açıqlamada, qida maddəsinin hələ dəqiq müəyyən edilmədiyi, mütəxəssislərin doğranmış soğan və mal əti küftəsindən şübhələndiyi bildirilib.

E.coli bakteriyaları 85 faiz nisbətində pis bişmiş və ya çiy ət, süd və süd məhsulları, yaxşı təmizlənməmiş tərəvəz və meyvələrdən yoluxur.