Ağız sağlamlığı üçün matça çayından necə faydalanmaq olar?

  • 2024.05.23 21:53
  • 648 Baxış
Ağız sağlamlığı üçün matça çayından  necə faydalanmaq olar?
Matça toz şəklində də mövcud olan konsentratlı yaşıl çay kimi tanınır. Ənənəvi çay mərasimlərində, içkilərdə və desertlərdə də istifadə edilir.

Yeni bir araşdırma, son illərdə bütün dündaya məşhurlaşan matça çayının diş əti xəstəliklərinin qarşısını almaq potensialına sahib olduğunu üzə çıxarıb. Məlum olub ki, matça çayı diş əti xəstəliyinə səbəb olan bakteriyaların artmasının qarşısını ala bilir.

Medicina.az xəbər verir ki, araşdırmanı Yaponiyanın Nihon Universitetinin Stomatologiya Məktəbi həyat keçirib. Aparılan araşdırmaların nəticələri göstərib ki, diş əti xəstəliyi olan 45 nəfərlik kiçik qrup arasında matça istehlak edənlərdə “P. gingivalis” bakteriyalarının səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Matçanın potensialını yoxlamaq üçün tədqiqatçılar laboratoriyada 16 növ ağız bakteriyasına, o cümlədən “P. gingivalis”in üç ştamına məhlul tətbiq ediblər. Müvafiq olaraq, “P. gingivalis” hüceyrələrinin demək olar ki, hamısının iki saat ərzində matça ekstraktı ilə öldürüldüyü müəyyən edilib.

Tədqiqatçılar daha sonra diş əti xəstəliyi olan xəstələri təsadüfi olaraq üç qrupdan birinə təyin edərək kiçik bir sınaq həyata keçiriblər. Bir qrupa matça, digər qrupa arpa çayı, üçüncü qrupa isə iltihab əleyhinə kimyəvi tərkibli ağız qarqarası verilib.
Xəstələrə gündə iki dəfə təyin edilmiş məhlulla ağızı qarqara etmək tapşırılıb.

Tüpürcək testlərinə görə, matça qarqarasından istifadə edən qrupda diş əti xəstəliyinə səbəb olan bakteriyaların səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Digər iki qrupda eyni nəticə görünməyib.

Araşdırmanın nəticələri "Microbiology Spectrum" jurnalında dərc olunub.

Qeyd edək ki, araşdırmaçılar diş əti xəstəliklərinin diabet, vaxtından əvvəl doğuş, ürək xəstəlikləri, romatoid artrit və xərçəng kimi xəstəliklərə səbəb ola biləcəyini vurğulayıblar.


Aysel