Alkoqol narkotikdən dəfələrlə çox can alır - STATİSTİKA

  • 2024.06.27 18:02
  • 776 Baxış
Alkoqol narkotikdən dəfələrlə çox can alır -  STATİSTİKA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) spirtli içki və narkotik vasitə istifadəsi ilə bağlı yeni hesabatını dərc edib.

Medicina.az xəbər verir ki, hər il 3 milyondan çox insanın alkoqol və narkotik istifadəsi səbəbindən öldüyü açıqlanıb.
Məlumata görə, onların əksəriyyəti kişilərdir.

2019-cu ilin məlumatlarını ehtiva edən hesabatda qeyd olunub ki, hər il 2,6 milyon insan alkoqol qəbulu səbəbindən ölür ki, bu da bütün ölümlərin 4,7 faizini təşkil edir.

Hesabatda hər il 0,6 milyon ölümün psixoaktiv narkotik istifadəsi səbəbindən baş verdiyi ifadə edilib.

Kişilər arasında 2 milyon nəfərin alkoqoldan, 0,4 milyonun isə narkotikdən öldüyü vurğulanıb.

Hesabatda dünyada təxminən 400 milyon insanın alkoqol və narkotik istifadəsi nəticəsində yaranan xəstəliklərlə yaşadığı qeyd edilib. Onlardan 209 milyonunun alkoqol aludəçisi olduğu vurğulanıb.

Alkoqoldan ölənlərin əksəriyyətinin Avropa və Afrikada olduğu qeyd edilib. Alkoqol istehlakına bağlı ölümlər aşağı gəlirli ölkələrdə yüksək gəlirli ölkələrə nisbətən daha çoxdur.

Alkoqoldan ölənlərin 13 faizini 20-39 yaş arası gənclər təşkil edib.


Aysel