Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri Almaniyada

  • 2024.07.02 16:31
  • 442 Baxış
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin  həkimləri   Almaniyada

İyun ayının 26-27-si Almaniyanın Baden-Baden şəhərində Azərbaycan da daxil olmaqla 15-dən çox ölkədən dəvət olunmuş həkimlər üçün komfrans keçirilib.

"Medicina" xəbər verir ki, Azərbaycandan konfransda 15 həkim iştirak edib.

Azərbaycandan dəvət edilən nümayəndə heyətinin tərkibində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri də olub.

Beynəlxalq tədbirin ilk günü “İltihabın sonlanması” mövzusuna həsr edilib.İyunun 27-də keçirilən konfransın proqramında isə “ Kliniki təcrübədə gündəlik stresslə mübarizə “ mövzusuna yer ayrılıb. Hər iki mühazirədən sonra tədbir elmi müzakirələrlə davam etdirilib.


Qeyd edək ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində tətbiq edilən müalicə üsulları Alman müalicə metoduna əsaslanır. Buna görə də Müalicə Mərkəzinin həkimləri vaxtaşırı Almaniyada keçirilən konfrans, seminar və treninqlərə dəvət edilir, müxtəlif xəstəliklərin müalicəsinə müasir yanaşmalarla tanış olurlar.


Baden-Badendə keçirilən tədbirdə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini nevroloqlar Aygün Məmmədova, Ülviyyə Səlimova və Müalicə Mərkəzinin Masallı filialının baş həkimi Əminə Bağırova təmsil ediblər.

Əminə xanım “ Kliniki praktikada iltihabın sonlanması” mövzusuna aid təqdimatla çıxış edib. Aygün xanım isə nevroloji xəstəliklərin, xüsusilə parkinsonun müalicəsində alman istehsalı olan biotənzimləyici preparatların effektli nəticələri barədə iştirakçılara məlumat verib.

Medicina.az