Bu qan qrupundan olanlarda insult riski daha azdır

  • 2024.04.26 11:52
  • 1312 Baxış
Bu qan qrupundan olanlarda   insult riski daha azdır
ABŞ-da aparılan bir araşdırma, A (II) qan qrupundan olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğunu üzə çıxarıb.

Medicina.az NTV-yə istinadən xəbər verir ki, tədqiqat, həmçinin 0 (I) qan qrupu olanlarda bu riskin daha az olduğunu müəyyən edib.

Merilend Universitetinin tədqiqatçıları son araşdırmalarında qan qrupları və insult arasındakı əlaqəni araşdırıblar.

Araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub.

Tədqiqatçılar insult keçirmiş təxminən 17 000 və insult keçirməyən təxminən 600 000 insanı əhatə edən 48 genetik tədqiqatdan məlumat toplayıblar. Bütün iştirakçılar 18-59 yaş arasında olub.

Tədqiqatçılar qan qrupunun A genomu ilə insultun erkən başlaması arasında aydın əlaqəni müəyyən ediblər. A qan qrupu olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik olanlarla müqayisədə 16 faiz daha yüksək, 0 qan qrupu olanlar üçün isə bu risk 12 faiz aşağıdır.
A qan qrupunun niyə daha yüksək risklə əlaqəli olduğu hələlik tam məlum deyil.


Aysel