Bu sadə qarışım damarları təmizləyir, xolesteroldan xilas edir - Resept

  • 2024.05.27 12:12
  • 953 Baxış
Bu sadə qarışım damarları təmizləyir, xolesteroldan xilas edir -  Resept
Qeyri-sağlam qidalanma və hərəkətsizlik kimi amillər bədən sağlamlığına mənfi təsir göstərir. Piylənmə və ürək xəstəliklərinin yaranmasında əsas faktor olan bu iki amilin qarşısını almaqla daha sağlam hiss etmək olar.

Medicina.az mütəxəssislərin bu problemlər üçün tövsiyə etdikləri təsirli qarışımlardan birini təqdim edir:

Günə zeytun yağı, qoz və badam kimi Omeqa-3 yağ turşuları ilə zəngin qidalardan hazırlanan qarışımla başlasanız, inanılmaz faydalar görəcəksiniz.

Qarışımın faydaları bunlardır:

- Bədənin enerji səviyyəsinin gün ərzində yüksək olmasını təmin edir.

- Hər üç qida antioksidantlarla zəngin olduğundan mədə və bağırsaqlardakı zərərli toksinləri bədəndən çıxarır.

- Qəbizlik, ishal və reflüks kimi xəstəliklərin, hətta xərçəngin qarşısını alır.

- Pis xolesterinin səviyyəsini azaldır.

- Diabet riskini aradan qaldırır.

- Liflə zəngin olduğu üçün gün ərzində toxluq hissi verərək arıqlamağa da kömək edir.

- Bədəndəki sərbəst radikalları azaltdığı üçün stress və depressiya kimi hallarda yaxşı təsir edir.

- Orqanizmdə gənc hüceyrələrin sayını artıraraq qocalmanı gecikdirir.

- Dermis təbəqəsinin zədələnmiş hüceyrələrini bərpa edərək qırışların və sızanaqların yaranmasına mane olur.


Necə hazırlanır?

Tərkibi:

2 xörək qaşığı zeytun yağı

4 ədəd badam

2 ədəd qoz

Hazırlanması:

Qoz və badamı yaxşıca əzdikdən sonra üzərinə zeytun yağını əlavə edib qarışdırın. Ağzı qapalı halda bir gecə soyuducuda saxlayın. Ertəsi gün səhər acqarına 2 qaşıq istehlak edin.

Qarışımı hər dəfə təzə məhsullarla hazırlayıb yemək daha effektivdir. Çox miqdarda hazırlayıb istifadə etmək tövsiyə olunmur.


Aysel