Dar şort 24 yaşlı qızın ölümünə səbəb olacaqdı

  • 2024.04.30 19:06
  • 801 Baxış
Dar şort 24 yaşlı qızın ölümünə  səbəb olacaqdı

24 yaşlı amerikal sıx şort səbəbindən 4 gün reanimasiyada yatıb.


“Medicina” xəbər verir ki, Sem adlı qız dəridə şortun sıxdığı yerdə yaranan bakterial infeksiyadan sepsis keçirib.



Qızın Tik-Tokda başına gələnləri anlatdığı video 8 milyon baxış toplayıb.
Sem yeni aldığı dar şortu geyinərək görüşə gedir və 8 saat sonra özündə ağrı, diskomfort hiss edir.


Belə ki, şort və alt geyimi onun dərisinə dərin təmas edərək, sürtünmə nəticəsində böyük qançır və suluq əmələ gətirmişdi.


Bir neçə gün ağrıya dözsə də, düzəlmədiyni görüb həkimə müraciət edir.
Xəstəxanada ona antibiotik və mazlar təyin edilib, amma səhəri Sem şiddətli ağrılar və boğulma ilə oyanır, onun bütün bədəni əsirdi.

Septiki şok diaqnozu qoyulan Sem qan zəhərlənməsi ilə reanimasiyaya qoyulur. Yanında isə dəridə fleqmona əmələ gəlmişdi.


5 gün reanimasiyada qalan Sem daha 2 ay fleqmonadan əziyyət çəkib.
Onu əməliyyat edən cərrah Karmen Fonqun sözlərinə görə, dar, sıx geyimdən xəstəxanaya düşənlərin çox olduğunu bildirib.



Aygün Musayeva