Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Demensiya üçün hansı həkimə müraciət etməli?

  • 2024.11.13 18:46
  • 931 Baxış
Demensiya üçün hansı həkimə  müraciət etməli?


Dünyada nevroloji, psixi xəstəliklər içində ən geniş yayılan xəstəlik demensiyadır.


“Medicina” xəbər verir ki, keçirilən sorğular xəstələr və ailə üzvlərinin bu problemlə bağlı hələ də hansı həkimə müraciət etməli olduqlarını bilmədiyini üzə çıxarıb.

Rəyi soruşulanların 50%-i demensiyanın ilkin əlamətlərini bilmədiklərini etiraf edib.
Diaqnostika üçün poliklinika, ailə həkiminə gedənlər də var.

İnsanlar demensiyanın 50 yaşdan sonra başlayacağını bilmir və 60 yaşdan sonra müayinə olunmağı düşünür.

Ailə üzvləri isə yaşlaşan baba nənənin yaddaşının pozulmasını yaşla bağlı normal hesab edir.
Demensiya xəstəsi olanlar xüsusi ixtisaslaşmış mütəxəssislərə yox, öz güclərinə və daxili resurslarına güvənir.

Bu xəstələrin müalicə və qulluğunun ağır olması, xərclərinin çox olması da xəstə yaxınlarını narahat edir.


Mütəxəssislər demensiyaya görə artır 50 yaşdan sonra 1-2 ildən bir müayinəni məsləhət görür.


Demensiyanın diaqnozunu nevroloq və psixiatr qoyur. Digər müayinələri də nevroloq təyin edə bilər.
Müalicəni də bu həkimlər aparır.

Aygün Musayeva