Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabet xəstələri üçün ən uyğun plov

  • 2024.06.27 21:35
  • 1250 Baxış
Diabet xəstələri üçün ən uyğun plov
Diabet xəstələri düyü plovundan uzaq durmalıdırlar.

Medicina.az xəbər verir ki, dietoloqlar bunun əvəzinə bulqur plovu yeməyi məsləhət görürlər.

Düyü və bulqurun hansının daha sağlam olması tez-tez müzakirə mövzusu olur. Mütəxəssislər bildirirlər ki, tərkibinə müxtəlif tərəvəzlər və paxlalılar əlavə edilmiş düyü plovunu biraz daha sağlam seçim hesab etmək olar. Ancaq həm tox saxlamaq, həm də ehtiva etdiyi qida dəyərləri baxımından bulqur daha yaxşı variantdır.

Düyü plovu qan şəkərinin daha sürətli yüksəlməsinə səbəb olur və qısa müddətdə yenidən aclıq hissi yaradır. Bulqur doyumculdur, daha uzun müddət toxluq hissi verir. Üstəlik qan şəkərini ani olaraq yüksəltmir. Bu baxımdan ürəyi plov istəyən şəkər xəstələri üçün də daha təhlükəsiz alternativdir.

Bulqur vitamin və minerallar baxımından düyüdən daha zəngin qida mənbəyi hesab olunur.

Bulqurun tərkibindəki pəhriz lifləri daha sağlam həzm sistemi üçün çalışır. Ona görə də arıqlama prosesində bulqur plovu istehlak etmək yaxşı nəticə verir.


Aysel