Ebru Şallı gözəllik sirrini açıqladı: hər səhər 1 stəkan...

  • 2024.05.24 17:00
  • 859 Baxış
Ebru Şallı gözəllik sirrini açıqladı:  hər səhər 1 stəkan...
İdman və pəhrizlə bağlı bir çox fərqli tövsiyə verən aparıcı və model Ebru Şallı bu dəfə daim formada qalmasına kömək edən çayın reseptini bölüşüb.


Medicina.az xəbər verir ki, o, bu çayın xüsusilə qarın piylərindən xilas olmaq istəyənlər üçün çox təsirli olacağını bildirib.

Tərkibi:

- 1 xörək qaşığı alma sirkəsi
- 1 çay qaşığı bal
- 2 ədəd mixək
- 1 stəkan qaynadılmış su

Əvvəlcə lazımi miqdarda suyu qaynatmaqla başlayın. Qaynadıqdan sonra suyu stəkana süzüb üzərinə mixək əlavə edin.
Fərqli bir qaba alma sirkəsi və balı töküb qarışdırın. Hazırladığınız qarışığı qaynar suya əlavə edin. Sonra stəkanın ağzını örtün və təxminən 5 dəqiqə dəmlənməsinə icazə verin.

Hazırladığınız çayı ilıq içməlisiniz. Xüsusilə səhər yeməyindən yarım saat əvvəl içmək qarın yağlarının əriməsinə kömək edəcək.
Gündə 3 stəkana qədər içməyin heç bir zərəri yoxdur. 1 ay istifadə etdikdən sonra fasilə vermək lazımdır.

Ebru Şallının sözlərinə görə, bu çay maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasını dəstəkləyir.


Aysel