“FliRT” sürətlə yayılır - Ölüm nisbəti yüksəkdir

  • 2024.05.07 19:19
  • 480 Baxış
“FliRT” sürətlə yayılır -  Ölüm nisbəti yüksəkdir
Dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronovirusun daha bir variantı üzə çıxıb.

Medicina.az xəbər verir ki, "dayandırılması daha çətin" hesab edilən variant sürətlə yayılır.

Covid-19-un “FliRT” variantı olaraq qeydə alınan bu yeni ştammın qarşısının alınmasının çox daha çətin olduğu, onun peyvəndlərə qarşı da daha davamlı olduğu açıqlanıb.

Böyük Britaniyada bu xəstəlikdən ölüm nisbətinin 12 faiz olduğu bildirilir. İngiltərədə son həftələrdə Covid-19-a yoluxma nisbətinin 15,7 faiz artdığı, koronavirusa bağlı simptomlar səbəbiylə ölənlərin sayının isə 109 olduğu diqqətə çatdırılıb. Britaniya rəsmiləri hələlik hansı variantın üstünlük təşkil etdiyini açıqlamayıblar.

Bildirilib ki, ABŞ-da FLiRT KP2 kimi tanınan variant cari xəstəliklərin 25 faizini, KP.1.1 isə yoluxma hallarının 7,5 faizini təşkil edir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqlamasına görə, FLiRT variantının simptomları bunlardır:

- Qripə bənzər simptomlar

- Bədəndə ağrı

- Dad və qoxu itkisi

- Boğaz ağrısı

- Burun axıntısı

- Burun tutulması

- Qusma

- İshal

- Yüksək hərarət

- Öskürək

- Nəfəs darlığı

- Halsızlıq

- Həzm problemləri

İngiltərənin səhiyyə xidməti (NHS) Covid-19-a qarşı sosial məsafə və maskalardan istifadə kimi tədbirləri davam etdirməyi tövsiyə edib.


Aysel