Ginekoloji xəstəliklərin müalicəsində yeni imkanlar - BTİMM-də seminar

  • 2024.06.03 15:37
  • 614 Baxış
Ginekoloji xəstəliklərin müalicəsində yeni imkanlar  - BTİMM-də seminar

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi uzun müddətdir, bir sıra beynəlxalq seminar və konfranslar təşkil edir.

"Medicina" xəbər verir ki, mayın 31-də baş tutan növbəti tədbirə Azərbaycanın müxtəlif səhiyyə ocaqlarında fəaliyyər göstərən ginekoloqlar dəvət olunub. Görüşün digər bir təşkilatçısı da BTİMM-nin nəzdindəki İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi idi.

Əvvəlcə ATU-nun 1-ci mama-ginekologiya kafedrasının dosenti, tibb elmləri doktoru, mama-ginekoloq Natəvan Axundova İnteqrativ Təbabətin ginekoloji xəstəliklərin müalicəsindəki əhəmiyyətli rolundan danışıb. Eyni zamanda sözü gedən təbabətdə istifadə edilən Almaniya istehsallı preparatların effektli faydası haqqında tədbir iştirakşılarına ətraflı məlumat verib.

“Ginekoloji xəstəliklərin müalicəsində yeni imkanlar: İnteqrativ Təbabətin yanaşması” mövzusundakı dəyirmi masanın əsas məruzəçisi Ukraynanın tanınmış mama-ginekoloqu, İnteqrativ Təbabət üzrə ekspert, refleksoterapevt Yelena Nekrasova idi.

Qadın xəstəlikləri arasında daha çox rast gəlinən ginekoloji problemlərin müalicəsində akademik tibbdən fərqli yeni bir müalicə metodlarının olması dəyirmi masada iştirak edən qonaqların diqqətini çəkib. Məruzədən sonra Y.Nekrasova mövzu ilə bağlı ginekoloqları maraqlandıran suallları cavablandırıb.

Görüş dəyirmi masanın formatına uyğun olaraq mövzunun müzakirəsi ilə başa çatıb.

MEDİCİNA.AZ