Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

  • 2026.09.04 14:03
  • 170 Baxış
Açıq MRT:  Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Maqnit Rezonans Tomoqrafiyası (MRT) insan bədəninin bütün daxili orqanlarını yüksək dəqiqliklə müayinə etməyə imkan verən diaqnostik müayinədir.

Medicina.az xəbər verir ki, lakin bəzi insanlar üçün ənənəvi qapalı MRT aparatında müayinə ciddi narahatlıq yaradır. Bu səbəbdən son zamanlar açıq MRT müayinələrinə maraq artıb.


Açıq MRT nədir və kimlər üçün uyğundur?

Açıq MRT müayinəsi sadəcə xəstə rahatlığı baxımından deyil, həm də bir çox patologiyaların dəqiq diaqnostikası üçün zəruridir. Xüsusilə fəqərəarası disk yırtığı (bel və boyun yırtıqları), onurğa sütununda yaranan osteoxondroz, müxtəlif növ oynaq xəstəlikləri (artroz) və skolioz kimi sümük-əzələ sistemi problemlərinin araşdırılmasında bu metoda müraciət edilir. Eyni zamanda, mərkəzi sinir sistemi xəstəlikləri (məsələn, insult sonrası vəziyyət) və xroniki baş ağrılarının mənşəyini tapmaq üçün açıq MRT müayinəsi həlledici əhəmiyyət daşıyır.

Klaustrofobiyadan (qapalı məkan qorxusu) əziyyət çəkən şəxslər - Açıq MRT klassik tunel formalı MRT cihazlarından fərqli olaraq daha geniş və açıq konstruksiyaya malik müayinə metodudur. Tunelə bənzəyən aparatın içərisinə daxil olan xəstələrdə gərginlik yaranırdı. Müayinə zamanı hərəkətsiz qalmalı olduqları üçün qorxu və panika prosesi daha da çətinləşdirirdi. Açıq MRT texnologiyasının ən vacib üstünlüyü xəstənin özünü qapalı məkanda hiss etməməsidir. Xəstələr üç tərəfi açıq olan cihazda müayinədən keçirlər.

Artıq çəkisi olan bəzi xəstələr qapalı MRT aparatına rahat yerləşə bilmirlər. Bu baxımdan açıq MRT artıq çəkili insanlar üçün ən uyğun seçimlərdən biri hesab olunur.

Uşaqlar və yaşlı xəstələr-

Digər mühüm üstünlük isə xəstənin yanında müşayiətçinin olmasına imkan yaradılmasıdır.

Xüsusilə uşaqların yanında valideyn və ya yaxınlarının qala bilməsi onların özlərini daha təhlükəsiz hiss etməsinə kömək edir. Bu, bəzi hallarda müayinənin sakitləşdirici dərman və ya anesteziya olmadan aparılmasını da asanlaşdıra bilər.

MRT müayinəsi zamanı narahatlıq yaradan əsas amillərdən biri də cihazın maqnit dalğaları işləyərkən çıxardığı qeyri-adi səslərdir. Açıq MRT-də xəstə özünü daha sərbəst hiss etdiyi üçün bu səslərin yaratdığı psixoloji təsir də xeyli azalır.

Hansı cihazın seçilməsi xəstənin vəziyyəti və həkimin diaqnostik məqsədindən asılıdır.

Açıq MRT xidmətləri üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin Masallı filialına müraciət edə bilərsiniz.

Masallı ray., E.Hüseynov küç.
Telefon: (+99425) 215 50 89
Mobil: (+994 55) 532 89 88