Göbək dəliyində bu simptomlar üzə çıxıbsa, risk böyükdür

  • 2024.05.30 11:21
  • 743 Baxış
Göbək dəliyində bu simptomlar üzə çıxıbsa,  risk böyükdür
Mütəxəssislər adətən ciddi qəbul edilməyən göbək dəliyi simptomlarının böyük təhlükələrdən xəbər verə biləcəyinə diqqət çəkiblər.

Medicina.az xəbər verir ki, göbək dəliyində infeksiyalar, kistlər və hətta yırtıqlar meydana gələ bilər. Bu hallara qarşı diqqətli olmaq üçün göbək dəliyindəki bəzi işarələrə nəzər yetirmək vacibdir.

Bəzi insanların göbəyi daxilə doğru, bəzilərində isə xaricə doğru inkişaf edir. Doğuşdan sonra göbəyin heç bir funksiyası qalmasa da, onun görünüşündəki kiçik dəyişikliklər sağlamlığınızda problem olduğunu göstərə bilər.

Böyük Britaniyanın Bristol Universitetindən Dr. Den Bomqard bildirir ki, bunlardan biri də bağırsağın bir hissəsinin göbəkdən çıxması zamanı yaranan göbək yırtığıdır.Bu, qarın dəliyinin şişməsinə və ya açılmasına səbəb olur.

Onun sözlərinə görə, artıq çəki və ya çoxlu hamiləlik böyüklərdə göbək yırtığının inkişaf riskini artıra bilər.

“Çox vaxt ciddi müalicə tələb olunmur, ancaq yırtıq ağrıya səbəb olarsa və ya bağırsağı bloklayırsa, cərrahi yolla çıxarılması tələb oluna bilər”, - deyə həkim qeyd edib.

O, həmçinin "rahibə Meri Jozef düyünü" adlı nadir bir komplikasiyaya da diqqət çəkib. Bu düyün xərçəngin gec mərhələsində olan bir çox xəstənin göbək dəliyinin yaxınlığında şişlik və ya düyün olduğunu aşkar edən rahibənin adını daşıyır. Bu, xərçəngin yayıldığının və ya daha da irəlilədiyinin əlaməti ola bilər.

Göbək dəliyindəki digər bir təhlükəli əlamət “Meduzanın başı” adlanan vəziyyətdir. Bu simptom göbək ətrafında ağrısız, şişmiş damarlar şəbəkəsi halında üzə çıxır. Bu, portal venada yüksək təzyiq olan portal hipertenziyadan qaynaqlanır. Portal vena qanı bağırsaqlardan, öd kisəsindən, mədəaltı vəzidən və dalaqdan qaraciyərə aparır. Daha sonra qaraciyər qanda olan qidaları emal edir və onları ürəyə göndərir. “Meduzanın başı” xəstəlik deyil, çox vaxt qaraciyərin zədələnməsinin, sirrozun bir əlamətidir.
Qanın qaraciyər damarlarından axması çətinləşir, bu da onun portal venada yığılmasına və göbək yaxınlığındakı damarlarda toplanmasına səbəb olur.

Göbək dəliyiniz içəriyə doğrudursa, deməli infeksiyalara daha çox meyillidir. Nəm və çirki daha çox saxlayır. Bu cür isti mühitlər bakteriyaların böyüməsi üçün əlverişlidir. Göbəkdə infeksiya əlamətləri arasında qızartı, ağrı, şişkinlik, pis qoxu, irin və ya maye sızıntısı var.


Aysel