Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır?

  • 2024.05.06 20:06
  • 444 Baxış
Hansı yaşdan sonra prostat xərçəngindən    yoxlanmaq lazımdır?
5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilərin prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib.


“Medicina” xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinən onkoloji xəstəlik olduğunu deyib:


“90% ölkələrin Səhiyyə Nazirliyinin klinik tövsiyələrinə görə, 50 yaşdan sonra kişilər hər il uroloq müayinəsindən keçməlidir.


Amma əgər atada, babada prostat vəzi xərçəngi olubsa, 40-45 yaşdan profilaktik müayinələr təyin olunur.


Prostat xərçəngi iltihabdan qaynaqlanır, bunun isə ən dəqiq göstəricisi xüsusi antigen, PSA analizidir ki, qanla yoxlanır.

Normada PSA qanda 2,5-5 mq-ml olmaldır.

Digər müayinələr USM, sidik analizi, rektal müayinə, lazım gələrsə KT.
Əgər kişidə sidiyə getmədə çətinlik, yanma hissi, gecələr tualetə getmə varsa, ağrı, arıqlama olursa, mütləq onkoloqa müraciət edilməlidir.


Prostat xərçəngi risk qrupu: metobolik sindrom, piylənməsi olanlar, diabet xəstələri, xolesterin, vəzin hiperplaziyası, testosteron pozulması, irsi genetik meyil".


Aygün Musayeva