İngiltərədə praktikant həkimlər 11-ci dəfə tətilə başladılar - Nə tələb edirlər?

  • 2024.06.28 15:17
  • 764 Baxış
İngiltərədə praktikant həkimlər 11-ci dəfə tətilə başladılar -  Nə tələb edirlər?
İngiltərədə praktikant həkimlər son 20 aydda 11-ci dəfədir tətilə başlayıblar. İyunun 27-də başlayan tətil iyulun 2-dək davam edəcək.

Medicina.az xəbər verir ki, tətilin ilk günündə həkimlər Baş nazirin ofisinin yerləşdiyi Dauninq küçəsinin girişində etiraz aksiyası keçiriblər.

Baş Praktikant Həkimlər Komitəsinin (BMA) tətildən əvvəl verdiyi açıqlamada 2008-ci ildən bəri inflyasiya səviyyəsinin altında maaş artımı alan praktikant həkimlərin hazırda saatlıq 15,53 funt sterlinq maaş aldıqları bildirilib. Onlar saat başına 21,58 funt sterlinq maaş tələb edirlər.

Hökumətin BMA-nın tələblərini yerinə yetirmədiyini və praktikant həkimlərin nümayəndələri ilə görüşmədiyini qeyd edən Komitə 2008-ci ilin şərtlərinə qayıtmaq üçün maaşların 35 faiz tənzimlənməsinin və yeni kadrların qəbulunun zəruri olduğunu vurğulayıb.

Komitənin həmsədri Robert Lorenson bildirib ki, Covid-19 dövrü və İngiltərədəki yaşayış xərclərinin artması həkimlərin həyatını çətinləşdirib.

O qeyd edib ki, iş şəraiti də çətinləşib: "Səhiyyə ocaqlarında istirahət otaqları və çağırış üzrə həkim otaqları ofisə çevrilib, həkimlər istirahət edə bilmirlər".

Laurenson İngiltərədəki iş şəraiti ilə maaşları İngilis həkimlərin rəğbət gördüyü bəzi ölkələrdəkilərlə müqayisə edərək bunları deyib:

"İngiltərədə bir praktikant həkim illik 60 min ilə 90 min funt sterlinq arasında maaş alırsa, Kanadada bu, ildə 250 min funt-sterlinqə çata bilir. Avstraliyada isə İngiltərədəkindən 2-3 dəfə çox maaş alırlar. Bu, tamamilə sektorun beynəlxalq miqyasda çox rəqabətli olması ilə bağlıdır. Həkimlər hazırda bu ölkələrə getmək istəyirlər.

Lorenson ölkədə 4 iyulda keçiriləcək ümumi seçkilərdən sonra növbəti hökumətlə danışıqlar aparmaq və maaşların tənzimlənməsinə aparan bir prosesi başlatmaq istədiklərini ifadə edib.

Tətillərin həkimlərə hüquqları verilənə qədər davam edəcəyi qeyd olunub.


Aysel