Kolumbiyalı professor növbəti dəfə BTİMM-də

  • 2024.05.16 15:23
  • 580 Baxış
Kolumbiyalı professor  növbəti dəfə    BTİMM-də

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Azərbaycanda ilk və özəl beynəlxalq tədbirlər keçirmək missiyasını davam etdirir. İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin də təşkilatçı olduğu növbəti tədbir İnteqrativ Müalicə Mərkəzinin ev sahibliyi ilə 21 may, 2024 cü ildə Badamdar Hotel Residences -də baş tutacaq.


"Medicina" xəbər verir ki, seminarda Kolumbiyanın Javeraniya Universitetinin İnteqrativ Təbabət kafedrasının müdiri , professor Arturo O”Birne məruzə edəcək. Beynəlxalq dərəcəli lektor bundan əvvəl də bir neçə dəfə Azərbaycanda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin qonağı olaraq yerli həkimlərə xroniki və autoimmun xəstəliklərin fərqli müalicəsinə dair maraqlı mühazirələr söyləyib. Bu dəfəki seminar isə “Xroniki xəstəliklərin müalicəsində biotənzimləyici sistemli təbabət” mövzusuna həsr olunub.

Arturo О’Birne -1976-cı ildə Kolumbiyanın Tibb Universitetini bitirib, tibb elimləri doktoru, Javeraniya Universitetinin (Kolumbiya, Kali) İnteqrativ Təbabət kafedrasının professorudur. Seqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə dünyanın tanınmış mütəxəssislərindəndir.


Kolumbiyalı məruzəçi həm də Barselona Universitetində fitoterapiya və kliniki dietologiya üzrə ixtisaslaşaraq Javeraniya Universitetinin aparıcı professoru kimi fəaliyyət göstərir. O`Birne bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidentidir.


Centro De Medicina Biologica adlı şəxsi klinikasında praktiki həkim kimi fəaliyyət göstərməklə yanaşı Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH-nın ) diplomdan sonrakı tədris treninqlərini keçirir.


Arturo O”Birnenin bundan əvvəlki səfərlərində olduğu kimi 200-dən çox yerli həkimin qatıldığı bu dəfəki seminarın da maraqlı və faydalı olacağına ümid edirik.

Qeyd: Tədbirdə iştirakınızı təsdiqləmək və müvafiq olaraq giriş bileti əldə etmək üçün aşağıda qeyd olunan məlumatları doldurun.



Aygün
Medicina.az