Kürəkdə yaranan sızanaqların səbəbləri

  • 2024.07.08 22:10
  • 486 Baxış
Kürəkdə yaranan sızanaqların  səbəbləri
Kürəyinizdə sızanaqlar varsa, bu vəziyyətə daha ciddi yanaşmalısınız. Bir neçə fərqli səbəbi olan kürək sızanaqlarından xilas olmaq elə də asan deyil.

Medicina.az kürəkdə yaranan sızanaqların səbəblərini və onlardan xilas olma yollarını təqdim edir:

- Yağlı dəri quruluşunun sızanaqların ən böyük səbəbi olduğu bilinir. Tıxanmış məsamələrə dolan bakteriya səbəbli infeksiya sızanaqlara səbəb olur.

- Yağlı kremdən istifadə etmək, gündəlik qulluğa düzgün əməl etməmək, makiyaj və tərləmə sızanaq şikayətlərini artırır.

- 25 yaşdan sonra müşahidə olan sızanaqlara genetik faktorlar da təsir edə bilər.

- Daha bir neçə faktor sızanağa səbəb ola bilər:

- Hormonal dəyişikliklər

- Yanlış duş geli seçimi

- Saç maskası və balzamının dəridən yaxşı təmizlənməməsi

- Keyfiyyətsiz geyimlər

- Qaraciyər problemləri

Sızanaqlar fərdlərin sosial həyatını və özünə inamını təsir edən bir sağlamlıq problemidir. Buna görə də yanlış müdaxilə etmədən, vaxtında müalicə almaq lazımdır. Ən yüngül sızanaqlar belə ən azı 6 ay müalicə edilməlidir. Buna görə də səbirli olmaq və müalicəni dayandırmamaq lazımdır.



Aysel