Mədə divarını necə bərpa edək? – Bunları için

  • 2024.05.17 21:24
  • 2177 Baxış
Mədə divarını necə bərpa edək?  – Bunları için


Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.


“Medicina” xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:


“Həzm orqanlarının müalicəsində standart müalicə yanaşmaları uğurlu nəticələrə gətirmir, yanaşı vasitələr də lazımdır.

Birinci bizim qəhrəmanımız – sümük bulyonudur. Bu Kron xəstəliyi, kolit, həzm traktının iltihabi xəstəliklərində qızıl eliksirdir.

Yağsız, gənc ətin sümüyündən şəffaf bulyon kollagen tərkiblidir, bütün toxuma, qişa, bağlar üçün bərpaedici təsir edir.

İkinci yerdə kətan kiseli durur.

Selikli maddələrlə zəngindir, mədə divarını şirələyir, eroziya və xoraları tez sağaldır. Əgər hər qida qəbulu ağrı verirsə, deməli, qastrit çox irəliləyib.

Kiseli kətan toxumundan hazırlayın. Bu kisel:

- Yarımdoymuş yağ turşuları- Omeqa 3lə zəngindir, hormonal balansı tənzimləyir

- Flavonoidlər hüceyrələri bərpa edir
- Öd şirəsini aktivləşdirir
Onu evdə, işdə, hətta yolda içə bilərsiz”.


Aygün Musayeva