Menstruasiyada pozulmalar poliplərdən - ola bilər

  • 2024.05.02 19:01
  • 448 Baxış
Menstruasiyada pozulmalar poliplərdən    -  ola bilər

Məşhur britaniyalı aparıcı menstruasiya pozulmasının səbəbinin həyati təhlükəli ola biləcəyini təxmin etməmişdi.


“Medicina” xəbər verir ki, 30 yaşlı Şarlott Cekson bir müddət ləngimələr görsə də, ginekoloqunu narahat etməyib.

“Mən elə bildim ki, bu yüngül bir şeydir.

Menstruasiya qeyri-müntəzəm olduqda fikir vermədim, amma fasilə 7 həftəni keçdikdə narahat oldum. Bir gün efirdən çıxanda sanki yuxulu kimi idim, başım dumanlandı, ancaq uzanmaq, yatmaq istəyirdim.

Nəhayət ki, xəstəxanaya özümü yetirdim və orada mənə uşaqlıq içində böyüyən iri polipləri göstərdilər.

Həkim bildirdi ki, vaxtında götürülməsəydi mən həmişəlik sonsuz qala bilərdim”.

Poliplər gələcəkdə xərçəngə çevrilə bilir.


Hər 10 qadından 2-də bütün ömrü boyu orqanizmində polup yarana bilər.
Poliplər estrogen hormonu təsiri altında yaranır, nadir halda bəd şişə çevrilir.

Aygün M