Məşhur tarixçinin təyyarədə halı pisləşdi

  • 2024.04.25 15:25
  • 826 Baxış
Məşhur tarixçinin təyyarədə halı pisləşdi

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul “TK-2337” reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib.

"Medicina" xəbər verir ki, 76 yaşlı tarixçiyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və həyat təhlükəsinin ciddi olmadığı müəyyən edilib.

Ortaylının təzyiq problemi səbəbi ilə halsızlaşdığı məlum olub və uçuşuna heç bir maneə olmadığı üçün təyyarə havaya qalxıb.