Mövlana yatmazdan əvvəl bu içkini içirdi – Faydaları saymaqla bitmir

  • 2024.05.01 23:59
  • 709 Baxış
Mövlana yatmazdan əvvəl bu içkini içirdi –  Faydaları saymaqla bitmir
“Sirkencübin” və ya “sirkengebin” adını heç eşitməmiş ola bilərsiniz. Ancaq bu içki Osmanlı dövründə çox məşhur idi.

Medicina.az xəbər verir ki, Osmanlı sultanlarını sağaldan, hətta Mövlananın ən sevimli içkisi olan bu şərbəti ev şəraitində asanlıqla hazırlamaq olur.

Faydaları saymaqla bitməyən şərbət xüsusilə də orqanizmi təmizləyici təsirinə görə sevilir.

Məlumata görə, Mövlanə Cəlaləddin Ruminin ən çox sevdiyi və hər gecə yatmazdan əvvəl içdiyi içki məhz budur.

Siz də bu içkini rahatlıqla hazırlayıb faydalana bilərsiniz. Bunun üçün cəmi 3 inqrediyent tələb olunur. Bu şərbəti hazırlamaq üçün 1 litr suya, 1 stəkan alma sirkəsi və 2-3 xörək qaşığı çiçək balı əlavə etmək kifayətdir. Lakin zövqünüzə uyğun müxtəlif ədviyyatlar və otlar əlavə etməklə şərbətə dad vermək mümkündür. Qarışıq 2 saat saxlanıldıqdan sonra içməyə hazır olacaq.

Bəzi reseptlərdə sirkə və balın miqdarı eynidir. Bu zaman 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi və 1 xörək qaşığı bal əlavə edilir. İstəsəniz, şərbətə darçın çubuqları, mixək kimi ədviyyatlar əlavə edərək ətrini zövqünüzə daha uyğun edə bilərsiniz.

Qeyd edək ki, mədə xəstəliklərindən əziyyət çəkənlər bu şərbəti içməzdən öncə həkimlə məsləhətləşməlidirlər.

Şərbətin faydaları:

- Həzm problemlərinə yaxşı təsir edir, həzm sisteminin sağlam işləməsini dəstəkləyir. Qaz və şişikinlik problemi olanların köməyinə gəlir.

- Qan şəkərini tənzimləyir, beləliklə toxluq hissinin daha uzun çəkməsini təmin edir.

- Antioksidant xüsusiyyətləri sayəsində bədəni təmizləyir və müntəzəm istehlak edildikdə detoks effekti yaradır.

- Səhərlər acqarına içildikdə arıqladır.

- İmmunitet sistemini gücləndirdiyi və başda qrip, soyuqdəymə kimi bir çox sağlamlıq problemi ilə mübarizə apardığı bilinir.

- Yüksək təzyiqdən əziyyət çəkənlər ümün faydalıdır.

- Xolesterini balanslaşdırmağa kömək edir. Pis xolesterolu yüksək olanlara tövsiyə olunur.

- Müntəzəm istifadə edildikdə bədənə enerji verir, ağız qoxusunu aradan qaldırır.


Aysel